Azərbaycanda koronavirusa yoluxan və vəfat edən məşhurların SİYAHISI

324

Bütün dünyanı cənginə alan koronavirus epidemiyasından Azərbaycanda da təəssüf ki, yoluxan və ölənlərin sayı artmaqdadır. Hazırda ölkə ərazisində ümumi yoluxma sayı 146679, sağalan 88497, 1632 ölüm halı və 56550 aktiv koronavirus xəstəsi var.

Azərbaycanda koronavirusa yoluxan məşhurların siyahısını təqdim edirik:

Koronavirusa yoluxan Xalq artisti Teymur Mustafayev 11 iyunda dünyasını dəyişib.

AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev COVİD-19-un qurbanı olub.

Xalq artisti Arif Babayev koronavirusa yeni yoluxub. 82 yaşlı xanəndə ev şəraitində müalicəsini davam etdirir.

Xalq artisti Nəzakət Teymurova koronavirusa yoluxub, xəstəxanada müalicə olunan ifaçı epidemiyaya qalib gəlib.

Əməkdar artist Bəhram Bağırzadə koronavirusu ağır keçirən insanlar siyahısında olub. Uzun müddət aparatla nəfəs alan aktyor sonda virusa qalib gəlib.

Əməkdar artist Lalə Məmmədova da koronavirusa yoluxub. L.Məmmədova ilə yanaşı anası və övladları da virusa yoluxublar. Ev şəraitində müalicə aldıqdan sonra normal həyatlarına geri dönüblər.

Əməkdar artist Nailə İslamzadə koronavirusa yoluxub. Simptomları özündə hiss edən N. İslamzadə ev şəraitində müalicə alır.

Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Şəfəq Əliyeva və ailə üzvləri koronavirusa yoluxublar. Onlar müalicələrini davam etdirir.

Uzun illərdir xərçənglə mübarizə aparan tele-aparıcı Hacı Nuran da epidemiyaya yoluxanlar siyahısındadır. O ev şəraitində müalicəsini davam etdirir.

Müğənni Manaf Ağayev və ailəsi koronavirusa yoluxub. Onlar uzun müddətdir ki, müalicələrini davam etdirir.

Müğənni Xatun Əliyeva da koronavirusa yoluxub. O ev şəraitində müalicə alır.

Aparıcı Aydan Axundova da koronavirusa yoluxanlar sırasında olub. O müalicə olunduqdan sonra normal həyatına qayıdıb.

İş xanımı Ruhi Əliyeva da koronavirusa yoluxub. O müalicəsini ev şəraitində davam etdirir. /Baku.ws