“Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya gələn ilin əvvəlindən başlanması planlaşdırılır” – Prezident

342

Azərbaycanda koronavirusa qarşı vaksinasiya proqramına gələn ilin əvvəlindən başlaması planlaşdırılır.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının video-konfrans formatında keçirilən sammitində çıxışında deyib.

Prezident peyvəndlənmənin könüllü olacağını, dövlət hesabına aparılacağını bildirib.

Dövlət başçısı vaksinasiyaya dair strategiyanın hazırlandığını qeyd edib.