Azərbaycanda koronavirus nə vaxtadək davam edə bilər? – Açıqlama

51

“Pandemiya uzun müddət davam edə bilər. Ola bilər, gələn il də bu xəstəliklə məşğul olacağıq, profilaktik tədbirlər görəcəyik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov “Real TV”yə açıqlamasında deyib:

“Amma bir məsələ var. O baxır əhalinin 2/3 hissəsində tam immunitetin yaranmasına… Bundan sonra bu virus aramızdan gedir. Düzdür, bu barədə proqnoz verməkdə ehtiyatlı olmaq lazımdır. Ancaq hesab edirəm, üzümüzə gələn yaya qədər biz hələ də bəzi problemlərlə üzləşə bilərik. Ondan sonra inanmıram, bu bizi ciddi narahat etsin”.     //Qafqazinfo