“Azərbaycanda koronavirus aşkar edilməyən rayonlar var” – TƏBİB sədri

45

“Azərbaycanda koronavirus aşkar edilməyən rayonlar var. Lakin ətraf rayonlarda yoluxma faktları olduğundan hələ də həmin ərazilər sarı zona hesab edilir”.

Hurriyyet.org xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, nə zaman həmin ərazilər təhlükədən çıxacaq və yoluxma sıfra enəcək o zaman həmin yerlər yaşıl zona ediləcək.