Azərbaycanda keçmiş xidmət rəisinin müavini VƏFAT ETDİ

69

Ədliyyə Nazirliyi Penitensiar Xidməti rəisinin keçmiş müavini Ədalət Bədirov dünyasını dəyişib.

Bu barədə Ə.Bədirova yaxın şəxslərdən biri məlumat verib. O, uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Ədalət Seyidəli oğlu Bədirov 1952-ci ildə Yardımlıda anadan olub. Qarabağ qazisi olan Ə.Bədirovun iki övladı var. \\Axar