Azərbaycanda jurnalist koronavirusa yoluxdu: Vəziyyəti ağırdır

198

“Həkimlər onun vəziyyətinin normallaşması üçün əllərindən gələni edirlər”

“Koronavirusa yoluxan İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) redaktoru Əmrah Fəqanoğlunun vəziyyəti ağır qiymətləndirilir”. Bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov bildirib.

O qeyd edib ki, Əmrah Fəqanoğlunun vəziyyəti çox pisləşib: “Həkimlər onun vəziyyətinin normallaşması üçün əllərindən gələni edirlər. Uzun illər birgə çalışdığı həmkarları, tələbə yoldaşları ilə əlaqə saxladım, hamı vəziyyəti bilir və dua edir. Əlimizdən başqa heç nə gəlmir. Bu bayram günündə biz jurnalistlər üçün ən böyük hədiyyə Əmrahın durumunun ən yüksək səviyyədə nəzarətə götürülməsi olardı”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib ki, jurnalist süni tənəffüs cihazına qoşulub: “Hazırda intensiv terapiya şöbəsində müalicə olunur. Hələlik müalicənin gedişatı ilə bağlı proqnoz vermək mümkün deyil”. \\AYNA

Azərbaycanda jurnalist koronavirusa yoluxdu: Vəziyyəti ağırdır