“Azərbaycanda hər şey ürəyimcədir” 

42

“Azərbaycana uyğunlaşmağa çalışıram. Burada hər şey ürəyimcədir”. Bunu “Səbail”in qapıçısı Nikolas Hagen öz öllkəsinin mətbuatına açıqlamasında bildirib.

Qvatemala millisinin 24 yaşlı qolkiperi Bakıda gördüklərindən razılıq bildirərək, yerli insanların mehribanlığını xüsusi vurğulayıb: “Bakıda müxtəlif ölkələrdən fərqli mədəniyyətə malik insanlar mövcuddur. Burada hər şeydən bir az var. Buranın insanları çox istiqanlı, mehribandırlar. Sizə özünüzü evinizdəki kimi hiss etdirirlər. Sanki illərdir bu ailənin bir parçasısan. Harada olmağından asılı olmayaraq, hamı ilk gündən çox səmimidir və kömək etməyə çalışır”.

Qeyd edək ki, Hagen “Səbail”in heyətində meydana çıxdığı 3 oyunda 5 qol buraxıb.