Azərbaycanda həkimlərin sayı açıqlandı

72

2020-ci ilin əvvəlinə ölkədə 31 800 həkim fəaliyyət göstərib.

Hurriyyet.org xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən APA-ya bildirilib.

Qeyd olunub ki, onlardan 21 mini qadın, 10 800-ü isə kişidir. Həkimlərin 26 800 nəfəri dövlət, 5 mini qeyri-dövlət tibb müəssisələrində çalışır.

Bildirilib ki, 2019-cu ildə rezidenturanı bitirmiş mütəxəssislərin sayı 278 nəfər olub.