Azərbaycanda “Ermənistan siqareti” satılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA

36

Ötən gün kütləvi informasiya vasitələri tərəfindən Ermənistanda istehsal olunan siqaretlərin ölkə ərazisində satıldığına dair video yayımlanıb. 

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, həmin videonu qeydə alan, kimliyi barədə hər hansı məlumat verilməyən şəxs Sabirabad rayonundakı mağazalardan birindən Ermənistan istehsalı olan siqaret aldığını iddia edir və tütün məmulatının ölkə ərazisinə gətirilməsinə görə gömrük orqanlarını günahlandırır:

“DGK bir daha bildirir ki, Ermənistanla ölkəmiz arasında hər hansı ticarət əlaqəsindən söhbət gedə bilməz və bu ölkədə istehsal edilən məhsulların ölkə ərazisinə gətirilməsi qəti qadağandır. Qeyd edək ki, Komitənin müvafiq qurumları bu barədə mütəmadi məlumatlar yayır və Ermənistan mənşəli məhsulların gömrük-keçid məntəqələrində aşkar olunaraq məhv edilməsi barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.

Qeyd edək ki, komitənin müvafiq qurumları bu barədə mütəmadi məlumatlar yayır və Ermənistan mənşəli məhsulların gömrük-keçid məntəqələrində aşkar olunaraq, məhv edilməsi barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır”.