Azərbaycanda daha 77 nəfər koronavirusa yoluxdu – 25 NƏFƏRİN VƏZİYYƏTİ AĞIRDIR

33

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 77 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hurriyyet.org xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 2204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1551 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 625 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 175.910 test aparılıb.