Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu – 6 NƏFƏR VƏFAT ETDİ

51

Azərbaycanda 531 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 514 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hurriyyet.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 23 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 14 607 nəfər müalicə olunaraq sağalıb, 298 nəfər vəfat edib. Aktiv xəstə sayı 8616 nəfərdir.

Bu gün yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8045 test aparılıb, bununla da ötən müddət ərzində aparılan testlərin sayı 560 356-ya çatıb.