Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxdu – 1 NƏFƏR VƏFAT ETDİ

33

Bu gün ölkədə 113 nəfər koronavirusa yoluxub. 40 nəfər sağalıb, 1 nəfər isə vəfat edib.

Hurriyyet.org xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Y.Qarayeva qeyd edib ki, 3387 ümumi yoluxan var.

O bildirib ki, bu günə qədər 235 910 test edilib.