Azərbaycanda Aİ-95 Gürcüstan və Ermənistandan bahadır – QİYMƏTLƏR

51

Xəbər verdiyimiz kimi, bu ayın əvvəlindən başlayaraq Azərbaycanda Aİ-95 (“Premium”) markalı benzinin 1 litrinin qiyməti 10 qəpik bahalaşaraq 1 manat 20 qəpiyə satılır.
Hurriyyet.org
yeniavaz.com-a istinadən xəbər verir ki, Aİ-95 markalı benzinin bu qiyməti qonşu ölkələr arasında Türkiyədən sonra ən yüksək  göstərici hesab olunur.
Müqayisə üçün Azərbaycan və qonşu ölkələrdə Aİ-95 markalı benzinin qiymətini (1 litr) təqdim edirik:
Türkiyə – 0,82 avro (6,38 lirə)
Azərbaycan – 0,63 avro (1,20 manat)
Ermənistan – 0,57 avro (330 dram)
Gürcüstan – 0,57 avro (1,95 lari)
Rusiya – 0,56 avro (44,85 rubl)