Azərbaycanda 21 nəfərin koronavirusa yoluxduğu kənddən YENİ XƏBƏR – VİDEO

30

Son günlər koronavirusa yoluxanların sayına görə mərkəzi Aran rayonları da ön sıralarda dayanır.

Hurriyyet.org  Xəzər TV-yə istinadən xəbər verir ki, burada Kürdəmiri xüsusilə qeyd etmək lazımdır.

İcra hakimiyyəti, polis şöbəsi, mərkəzi xəstəxana və gigiyena və epidemiologiya şöbəsinin əməkdaşları rayonun Sığırlı kəndində olublar. Şübhə doğuran şəxslərdən elə yerindəcə yaxma analizləri götürüblər.

Götürülən yaxmaların cavabı 21 nəfərdə pozitiv çıxıb. Onlar arasında 1 yaşlı uşaq da var.

Sığırlı kəndində insanların ən çox toplaşdıqları kafe və çayxanalar artıq bağlanıb.

Rayonda Sığırlı ilə yanaşı, digər kəndlərdə də yoluxma halları müşahidə olunub. Onlar arasında həkimlər də var. Nəzarətə götürülənlərin müalicəsi davam etdirilir.

Rayon İcra Hakimiyyəti başçısının müavini Ağəli Kərimli bildirdi ki, ümumiyyətlə rayon ərazisində 67 nəfərdə virus aşkarlanıb. Onlardan 21-i sağalıb, 46 nəfərin müalicəsi isə davam etdirilir.