Azərbaycanda 18 məhkum koronavirusa yoluxdu, 2-si azadlığa buraxıldı

57

Azərbaycanda koronavirusa yoluxan məhkumların sayı açıqlanıb.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, 12 saylı cəzaçəkmə müəssisəsində 11 məhkumda, 14 saylı cəzaçəkmə müəssisəsində 5 məhkumda, 4 saylı cəzaçəkmə müəssisəsində isə 2 məhkumda testlərinin nəticələri pozetiv çıxıb: “Bu şəxslərdən ikisi vaxtından əvvəl şərti azadlığa buraxılıb və TƏBİB-ə təhvil verilib”./report/