Azərbaycanda əfv olunan məhkum azadlığa çıxmaqdan İMTİNA ETDİ

138

Prezident İlham Əliyev pandemiya səbəbilə aprelin 6-da imzaladığı əfv sərəncamının şamil olunduğu məhkumlardan biri azadlığa çıxmaqdan imtina edən edib.

Hurriyyet.org xəbər verir ki, bu faktı Modern.az-a Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

Ə.Nuriyev qeyd edib ki, şərti adı M.A olan həmin şəxs övladını öldürüb:

“Yaşı 65-dən yuxarı olan məhkum əfv sərəncamındakı kriteriyalara uyğun gəlsə də, ərizə yazaraq könüllü şəkilədə azadlıqdan imtina etdi:

“Çünki azadlıqda onu gözləyən kimsə yox idi. Övladını öldürdüyündən ailənin digər üzvlərilə intriqaları davam edir, ailə onu bağışlamayıb. Həmin şəxs əfv olunsaydı, ailə daxilində başqa konflikt yarana bilərdi. Bildiyiniz kimi, əfvdən əvvəl hər bir məhkumla fərdi söhbətlər aparılır. Ağır cinayət törətməsinə rəğmən səhhətində problem olduğu üçün o şəxsə əfv düşürdü. Amma o, bundan könüllü imtina etdi. Çünki deyirdi ki, “çıxsam yenə bura qayıdacam”.

Qeyd edək ki, Prezident İlham Əliyev pandemiya səbəbindən bu il aprelin 6-da məhkum edilmiş şəxslərin əfv olunması barədə sərəncam imzalayıb. Sərəncamla yaşı 65-dən yuxarı olan 176 məhkum azadlığa  buraxılıb.