Azərbaycana qoyulan qadağa LƏĞV EDİLDİ

336

Azərbaycan və Ermənistanın beynəlxalq oyunlara ev sahibliyi etməsinə icazə verilib.

Bu barədə qərarı UEFA-nın İcraiyyə Komitəsi verib.

Bu isə o deməkdir ki, milli və klub səviyyəli komandalarımız ev oyunlarını ölkəmizdə keçirə biləcəklər.

Qeyd edək ki, qadağa müddətində Azərbaycan yığması Millətlər Liqasının iki matçını ölkə xaricində keçirib, “Qarabağ” isə Avropa Liqasının Türkiyədəki üçüncü ev oyununa bu gün çıxacaq. \\Oxu24