Azərbaycana qarşı təxribat hazırlığı: “Son iki ayda…” – Şok iddia

69

“Ermənilər cəbhədə təxribatlar zamanı “klon” PUA-lardan istifadə etməklə, Azərbaycan hərbçilərini çaşdırmağa cəhdlər edə bilər”.

Teleqraf.com xəbər verir ki, bu barədə hərbi jurnalist Rəşad Süleymanov məlumat verib.

Jurnalist Ermənistanda “klon” dronların istehsalı barədə deyib:

“Ermənilər son iki ayda Azərbaycanın silahlanmasında mövcud olan və cəbhədə praktiki istifadə edilən PUA-ların (“Orbiter-2” və “Orbiter-3”) klonlarının yaradılması işlərini və sınaqları sürətləndiriblər. Bütün bu proseslər ehtimal yaradır ki, düşmən cəbhədə təxribatlar zamanı bu “klon” PUA-lardan istifadə etməklə, Azərbaycan hərbçilərini çaşdırmağa çalışacaq”.

Rəşad Süleymanov həmin PUA-lardan birinin – Ermənistanın UAVLAB şirkətinin istehsalı olan “UL-300”lər haqda da danışıb:

“UL-300” xarici dizayn baxımından “Orbiter-2”nin kopyasıdır. Lakin faydalı yükü fərqlidir. Bəzi məlumatlara görə, Niderland şirkətinin istehsalı olan kameraya sahibdir. “UL-300” eynilə ”Orbiter-2” kimi mancanaqla havaya atılır. Enmə zamanı paraşütdən və hava yastığından istifadə edir”.

Jurnalist qeyd edib ki, hazırda UAVLAB adıçəkilən PUA-nın kamikadze versiyası üzərində işləyir: “Cəbhədə xidmət edən hərbçilərimiz bu kimi məsələləri diqqətdə saxlasalar yaxşıdır”.