Azərbaycan vətəndaşlarının Gürcüstandan təxliyəsi başa çatdırılıb – FOTO

39

Gürcüstandan daha 200 Azərbaycan vətəndaşının Vətənə təxliyə prosesi yekunlaşıb.

Vətəndaşların olduğu 4 avtobus “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatıb.

Sərhədi keçəndən sonra vətəndaşlar avtobuslarla yaşayış məntəqələrinə yollanacaqlar.

Bəzi vətəndaşlar şəxsi avtomobilləri ilə Azərbaycana qayıdıblar.

Təxliyə olunanların ölkədə xüsusi karantin rejimi ilə bağlı olaraq yaşayış yerlərinə çatmaq məqsədilə bir günlük icazələri olacaq.

***

Azərbaycan vətəndaşlarının Gürcüstandan təxliyə prosesinə başlanılıb.

200 vətəndaş 4 avtobusla Tbilisidən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınıb.

Azərbaycan vətəndaşlarına COVID-19-la bağlı testin neqativ cavabının olduğu arayış təqdim olunub.

***

Gürcüstanı pandemiya səbəbindən tərk edə bilməyən 200 Azərbaycan vətəndaşının Vətənə təxliyəsi həyata keçirlir.

Vətəndaşlar Azərbaycanın bu ölkədəki səfirliyinin binası qarşısına toplaşır.

Onlar xüsusi ayrılmış avtobuslarla səfirlik əməkdaşlarının müşayiəti ilə Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaq. Ölkə ərazisinə daxil olandan sonra vətəndaşlara yaşadıqları yerə çatmaq üçün bir günlük icazə veriləcək.

Qeyd edək ki, bundan öncə Azərbaycan 178 vətəndaşının Gürcüstandan təxliyəsini təmin edib./report/