Azərbaycan vətəndaşı Ermənistana keçdi – Komitə araşdırır

102

Bu gün Ermənistan mətbuatı 26 yaşlı Azərbaycan vətəndaşının bu ölkəyə keçməsi barədə məlumat yayıb.

Məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) bildirilib ki, komitə aidiyyəti qurumlarla əlaqə saxlayır.

“Bildiyiniz kimi, münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkmək, onlarla rəftarı və onların saxlanma şəraitini monitorinq etmək, həmçinin bu şəxslərə ailə əlaqələrini bərpa etmək üçün şərait yaratmaq, neytral humanitar təşkilat olan BQXK-nın mandatına aiddir”, – deyə qeyd edilir. \\Teleqraf.com