Azərbaycan Televiziyasında yeni mövsüm dəyişiklikləri: müasir dekorasiyalar, yeni aparıcılar… – VİDEO

84

 

Azərbaycan Televiziyası yeni mövsümə start verir. Bu barədə Hurriyyet.org-a “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin  rəis müavini Nigar Etibar bildirib:

“Pandemiya dövrünün çətinliklərinə rəğmən AzTV bu mövsümdə də tamaşaçı qarşısına yeniliklərlə çıxacaq.

Belə ki, TV üçün yeni studiyalar tikilib, müasir dekorasiyalar qurulub.

Həmçinin, yeni layihələrə start veriləcək, yeni verilişlər yeni aparıcıların təqdimatında efirdə olacaq.

Əsas yeniliklərdən biri də “Xəbərlər” informasiya proqramının yayımlandığı studiyada aparılan dəyişikliklərdir. Bu mövsümdən ölkədə və dünyada baş verən hadisələr tamaşaçıya daha müasir görünüşdə təqdim olunacaq”.

Azərbaycan Televiziyasının yeni mövsümlə bağlı təqdimat çarxını təqdim edirik:

YƏHYA

https://www.youtube.com/watch?v=3L3yP2iTFfQ&feature=youtu.be