Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yardımlar – SİYAHI

78

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, 27 sentyabr 2020-ci il tarixində saat 06.00 radələrində atəşkəsi kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun mövqelərini iri çaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutub.

Azərbaycanın silahlı qüvvələri Ermənistandan yeni hərbi təcavüzün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün zəruri əks-hücum tədbirləri görürlər.

Artıq ciddi uğurlarımız var: bir sıra ərazilərimiz işğaldan azad edildi, düşmən ağır itkilər verdi.

Belə bir çətin zamanda ölkədə fəaliyyət göstərən bütün qurumlar, özəl müəssisələr və iş adamları Ali Baş Komandana və Milli Ordumuza dəstəklərini sözlə deyil, əməllə nümayiş etdirirlər.

Aşağıda Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna ianə verən təşkilatlar:

Patchi şokolad butiki – 5000 manat

İpək Yolu Sığorta – 50.000 manat

Melissa Group – 100.000 manat

Azərbaycan Tibb Universiteti – 200.000 manat

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidməti – 5500 manat.             //Baku