Ev Aktual Azərbaycan səmasında görünən qəribə görüntü: BU NƏDİR? – VİDEO

Azərbaycan səmasında görünən qəribə görüntü: BU NƏDİR? – VİDEO

72

Dünən gecə Azərbaycan səmasında qəribə işıqlar müşahidə olunub. 

Bu barədə baku.ws-in “qaynar xətt”inə müraciət olunub.

İzləyicilər yazır ki, göydə ardıcıl işıqlar görünüb və bunu kameraya çəkiblər.

İşıqlar xüsusilə Zaqatala-Balakən tərəfdə gözlə daha yaxşı müşahidə olunub.

Türkiyə mətbuatı da bu işıqlardan yazıb. Bildirilir ki, Türkiyənnin bəzi bölgələrində sözügedən işıqlar vətəndaşlar tərəfindən çaşqınlıqla izlənilib.

Türkiyə mətbuatı iddia edir ki, səmada görünən işıqlar “Starlink peykləri”nə aiddir.

Qeyd edək ki, ABŞ-ın raket, peyk və kosmik servis istehsalçısı “SpaceX” “Starlink” internet peyk şəbəkəsinin bir hissəsi olaraq daha 60 peyki fəzaya buraxmışdı.

“Starlink layihəsi” çərçivəsində “SpaceX” kosmosa əvvəllər 5 dəst və hər dəstdə 60 olmaqla 300 peyk buraxıb. Şirkət “Earth” orbitində “Starlink” peykləri ilə 12.000 peyklik şəbəkə qurmağı planlaşdırır. Layihənin 2027-ci ildə tamamlanması gözlənilir.