Azərbaycan Premyer Liqası yenidən təxirə salınacaq? – RƏSMİ AÇIQLAMA

66

“Hələ ki, qadağa 6-7 iyuna aiddir”.

Hurriyyet.org xəbər verir ki, bunu “report”a açıqlamasında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Azərbaycan Premyer Liqasının yenidən təxirə salınma ehtimalına münasibət bildirərkən deyib.

“Sonradan nə olacağına hələ baxılacaq”, – Məmmədov bildirib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının bazar günü – iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir. Azərbaycanda 6-7 iyunda evdən çıxmağa qadağa qoyulması nəzərdə tutulub.