“Azərbaycan parlamenti Korsikanın müstəqilliyinin tanınması barədə eyni sənəd qəbul etməlidir” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

423

“Makron bu sənədi imzalayarsa, Fransa ilə diplomatik əlaqələri dayandırmaq, ölkədən Fransa şirkətlərini çıxarmaq lazımdır”

“Fransa senatının “Artsaxın müstəqilliyini” tanıması barədə qərarı, beynəlxalq hüququn tapdanması, rəsmi Parisin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamələrinə verdiyi səsinə hörmətsizliyidir”. Hurriyyet.org xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq hesab edir ki, bununla Fransa Azərbaycanın ərazi bütövlüyünü tanımadığını elan etdi: “Bu qanunsuz sənəd ötən həftə prezident Emmanuel Makronun “Qarabağ Azərbaycanın beynəlxalq hüquq çərçivəsində ərazisidir” tezisinə qarşıdır. Fransa senatı bununla beynəlxalq qanunları və ərazi bütövlüyü ilə bağlı BMT-nin qanunlarını tanımadığını göstərdi. Fransa prezidenti Makron bu sənədi imzalayarsa, Fransa ilə diplomatik əlaqələri dayandırmaq, ölkədən Fransa şirkətlərini çıxarmaq lazımdır. Həmçinin, Azərbaycan Fransanın Minsk Qrupunun həmsədri kimi vasitəçiliyinə son verilməsini tələb etməlidir. Əgər Fransa Minsk Qrupunda yer alacaqsa, bu formatda danışqlara getməmək lazımdır. Bundan sonra, Fransa hansı əsasla hüquqdan və insan haqlarından danışmalıdır?! Fransanın öz daxilində separtizm var”.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri qeyd edib ki, Azərbaycan parlamenti Korsikanın müstəqilliyinin tanınması barədə eyni sənəd qəbul etməlidir: “Senatın bu qərarı prezident Makronun göstərişi ilə qəbul olunub. Bu qərarla rəsmi Paris Azərbaycan və Ermənistan arasında bundan sonra sülh müqaviləsinin imzalanmasına mane olmaqla yanaşı, burada Türkiyənin fəaliyyətinin qarşısının alınmasına yönəlib. Qarabağın statusu Azərbaycanın bütövlüyü çərçivəsində həll ediləcək. Parisin məlum qərarı Türkiyə-Rusiya birgə fəaliyyətinə zərbə vurmaq və Rusiyanın burada mövqəyinin zəiflədəcək. Buna baxmayaraq, Rusiya Fransanın belə bir “müstəqillik” sənədinin tanımasında maraqlıdır. Artıq siyasi vəziyyət mürəkkəbləşir, Fransa üç tərəfli imzalanan bəyannmayə qarşı hərəkətə keçib. Dekabrın 1-kimi Laçının işğaldan azad edilməsinə çalışmalıyıq. Bəyannamənin yerinə yetirilməsində Fransa Ermənistan vasitəsilə mane olmağa çalışır ki, Laçın geri verilməsin. Amma bu Rusiyanın üzərinə götürdüyü öhdəliklərdi. Rusiya Laçını Azərbaycana təhvil verməyə borcludur. Əks halda bu, Türkiyə Azərbaycan və Rusiya razılaşmasının pozulması ola bilər. Fransa senatının bu qərarı sülhün və təhlükəsizliyin təmini deyil. Birbaşa münaqişənin qızışdırılmasına hesablanıb. Bununla da Fransanın regionda mövqeyi zəifləyəcək. Həmçinin, hüququn aliliyini elan edən bir dövlətin senatı beynəlxalq münasibətlər sistemində yeni bir böhrana yol açacaq sənəd qəbul etdi. İlk növbədə Fransa özü etnik separtizmə malik ölkədir. Fransa prezidenti Makron anti-Türkiyə, Azərbaycan və islamafobiya siyasətini inkişaf etdirməklə, siyasətdə diledant və Fransanın strateji maraqlarına zərbədir. Xankəndində Azərbaycanın suverenliyinin bərpa olunması istiqamətində dekabrın 1-dən sonra aktiv siyasi mərhələ başlamalıdır”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org