Azərbaycan Ordusu Ağdərədə yerləşən qərargaha zərbə endirib, düşmən xeyli sayda itki verib

57

Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilib.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

“Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib”, nazirlikdən bildirilib.