Azərbaycan neftinin qiyməti artıb

192

Azərbaycan neftinin qiymətində artım müşahidə olunub.

Virtualaz.org-un məlumatına görə, “Azeri Light” markalı xam neftin qiyməti 1,06 ABŞ dolları və yaxud 1,94 % artıb.

Nəticədə dünya bazarlarında Azərbaycan neftinin bir barrelinin qiyməti 55,76 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.