Azərbaycan müxalifətinin dünənki toplantısı iqtidara hansı mesajları verdi? – VİP sədri Əli Əliyev “Canlı debat”da

180

 

Azərbaycan müxalifətinin dünən keçirilən fövqəladə toplantısı, iqtidara verilən mesajlar ciddi müzakirə mövzusu olub. Birgə qəbul olunan bəyanat iqtidara hansı mesajları verir? Müxalifət iqtidarla münasibətləri yumşaltmaq üçün bütün cəhdləri edir, bəs buna adekvat reaksiya olacaqmı? 

Eyni zamanda parlamentdə gedən büdcə müzakirələri və qəbul olunan qərarlar nədən xəbər verir? Qarabağla bağlı Azərbaycan hökuməti hansı qərarlar qəbul edəcək? 14 iyul yürüşündə təxribat törətdiyi iddia olunan və saxlanılan şəxslərlə bağlı durum reallığı əks etdirirmi?

Saat 12.00-də başlanacaq verilişin qonağı Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev olacaq. Ə.Əliyev sadalanan suallara aydınlıq gətirməklə yanaşı, ölkə gündəmini də təhlil edəcək. Müzakirədə dinləyicilərimiz də iştirak edə bilərlər.

Bunun üçün Musavat.com -un Facebook, ya da Youtube səhifələrindən birini bəyənib (like edib), canlı yayına qatila bilərsiniz.

Youtubedəki səhifəmizin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebookdakı səhifəmizin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Musavat.com