“Azərbaycan müharibəni davam etdirib, qısa zamanda qalib gələ bilər” – rusiyalı analitik

129

Oktyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları arasında humanitar xarakterli atəşkəs düşmənin Gəncəyə xaincəsinə etdiyi hava hücumundan sonra artıq qüvvədən düşmüş sayıla bilər. Şübhə yox ki, belə razılaşma müstəsna olaraq, Azərbaycanın nümayiş etdirdiyi insanpərvərliyi və sülhpərvərliyinin, eyni zamanda Rusiya prezidenti Vladimir Putinin sözünə sayğılı olmasının nəticəsində mümkün olmuşdu.

Çünki işğalçı Ermənistanın qoşunları bütün cəbhə boyu ağır zərbələr alaraq, geri çəkilməkdə, Azərbaycan isə hücumda idi. Ordumuz təcavüzkarın nəfəsini kəsmək üzrə idi.
Ancaq əfsuslar olsun ki, təcavüzkar tərəf öz xəbis, məkrli və faşist xislətini bir daha bütün dünyaya nümayiş etdirdi. Erməni hərbçilərinin döyüş meydanlarında səpələnmiş leşlərini yığmaq üçün Bakının yaratdığı imkanı təzədən toparlanıb əks-həmləyə keçmək üçün fürsət bildi. Təbii ki, dərhal da cavabını aldı və almağa davam edəcək. Xüsusən də Gəncəyə edilən bugünkü raket hücumundan sonra.

Buradaca qeyd edək ki, müvəqqəti atəşkəs elan olunanadək Tərtər rayonunun Talış və Suqovuşan kəndləri, Cəbrayıl şəhəri, Xocavənd rayonunda Hadrut şəhəri kimi mühüm yaşayış yerləri, üst-üstə 37 kəndimiz Azərbaycanın nəzarəti altına keçmiş, Füzuli rayonun çox hissəsi və demək olar ki, bütün Cəbrayıl rayonu işğaldan azad olunmuşdu. Həmçinin əks-hücum əməliyyatlarının ilk günündən Murovdağ silsiləsi, daha sonra isə bir neçə digər strateji əhəmiyyətli yüksəkliklər düşməndən geri alınmışdı.

Azad edilən ərazilərin coğrafiyası qat-qat böyük də ola bilərdi. Ancaq Bakı Kremlin xahişi ilə atəşkəsə gedərək, qarşı tərəfə sonuncu bir şans vermişdi ki, boş yerə öz vətəndaşlarını qırğına verməsin. Nəhayət, real və konstruktiv danışıqlara başlasın. Ərazilərimizi ermənilərin  qanı tökülmədən, dinc yolla azad eləməyə başlasın. Bunu əcnəbi analitiklər də məxsusi qeyd edir, əks halda müharibənin təzədən alovlanacağı haqda xəbərdarlıq edilər.
“Azərbaycan uduzan tərəfə – Ermənistana öz vətəndaşlarını ucuz ölümdən qurtarmağın yolunu təklif etdi”.Musavat.com-un məlumatlına görə, bunu rusdilli Vesti.az-a rusiyalı politoloq Andrey Petrov deyib.
Onun sözlərinə görə, Moskva görüşündə əsas məqam Azərbaycanın Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına sadiq qalması idi. “Bütün bu günlərdə Azərbaycan ordusu düşməndən üstün olduğunu nümayiş etdirdi və Ermənistan Silahlı Qüvvələrinin ehtiyatlarının bir ay sonra tükənəcəyinə ümid edərək əks-hücum əməliyyatlarını davam etdirə bilərdi. Ancaq Qarabağın işğalı ideoloqlarından fərqli olaraq sivil yollarla müharibə aparan Azərbaycan rəhbərliyi, belə bir qərara gəldi ki, indiyədək münaqişə bölgəsindəki vəziyyət o qədər dəyişib ki, Ermənistanı substansiv danışıqlara vadar eləmək və problemi sülh yolu ilə, hər iki tərəfdən minimal itki ilə həll etmək imkanı yaranıb”, – deyə o vurğulayıb.

Politoloq xüsusi qeyd edib Azərbaycan müharibəni davam etdirə və qalib gələ bilər, ancaq uduzmaqda olan tərəfə vətəndaşlarını mənasız ölümdən qurtarmağın yolunu təklif etdi. Bununla belə, ekspert Dağlıq Qarabağ münaqişəsini müharibənin yeni mərhələsinə gətirən

Ermənistanın baş naziri Nikol Paşinyanın Bakının bu “insani mesajı”nı eşidəcəyinə və ondan düzgün nəticə çıxaracağına ciddi şübhə edir: “Böyük ehtimalla, o, bunu Azərbaycanın zəifliyi kimi təqdim edəcək, guya savaşın qalibi odur və saxta məlumatlarla təzyiqlərin işə yaradığına, vəziyyətdən irəli gələn digər oxşar, tam məntiqsiz nəticələrə qərar verəcək. Əslində onun başqa yolu da qalmayıb, çünki Ermənistanın baş naziri qəflətən ritorikasını dəyişib güzəştə gedərsə, İrəvanın özündə suallar yaranar: niyə bu qanlı qırğına başladı və bu qədər erməni vətəndaşını öldürdü? Bu səbəbdən Paşinyan üçün indi yalnız mənfi ssenarilər görünür: ya o, böyük ehtimalla Qarabağ klanının rəhbərliyi altında öz seçiciləri tərəfindən devriləcək, ya da  konflikti yenidən qızışdırmağa və müharibəni alovlandırmağa davam edəcək”.
Analitikə görə, əslində Nikol Paşinyanın taleyi önəmli deyil, nədən ki, söhbət hansısa erməni siyasətçisinin karyerasından yox, bütün Cənubi Qafqazın gələcəyindən gedir: “Bu xüsusda  münaqişənin hərbi yolla həll variantı heç yerə getməyib. Atəşkəs yalnız müvəqqəti ola bilər, onun davamı danışıqlardan asılı olacaq və Ermənistanın sülh prosesini süründürmə taktikası nəticə verməyəcək. Çünki hər belə cəhd yeni döyüşlərə rəvac verəcək. Artilleriya təxribatları da artıq işə yaramır. Ona görə ki, Azərbaycan onlara dərhal cavab vermək hüququnu özündə saxlayıb və bu, son Moskva razılaşmasına zidd deyil, onu pozmur”.
Sonda rusiyalı politoloq sonda xatırladıb ki, Ermənistan tərəfinin danışıqlar prosesini ləngitmək üçün indi heç bir klassik bəhanəsi qalmayıb. “Danışıqların uzanması hələ də işğal ideoloqları üçün mənfəətlidir. Di gəl, bunun alternativi əvvəllər olduğundan daha geniş bir miqyasda hərbi əməliyyatların başlanmasıdır – özü də Azərbaycan ordusu üçün artıq qat-qat əlverişli döyüş mövqelərindən”, – deyə o əlavə edib.