Azərbaycan Müdafiə Nazirliyindən Türkiyəyə TƏŞƏKKÜR

228

Azərbaycan Müdafiə Nazirliyi Türkiyənin hərbi istehkamçılarının Azərbaycana gəlməsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən Hurriyyet.org-a verilən məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin mina və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri Azərbaycan Ordusuna işğaldan azad edilmiş ərazilərimizdə köməklik göstərməyə başlayıb:
“Türkiyəli hərbi mütəxəssislər həmin ərazilərin minalardan və partlayıcı qurğulardan təmizlənməsi işini həyata keçirəcək və mühəndis bölmələrimizə tədris məşğələləri təşkil edəcək.
Göstərdiyi dəstəyə görə qardaş Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk”.