Azərbaycan Müdafiə Nazirliyi: Düşmənin daha 3 tankı məhv edilib

60

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi düşmənin daha üç tankının məhv edilməsi ilə bağlı məlumat yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin 63-cü tank taborunun daha üç tankı məhv edilib.

Nazirliyin mətbuat xidməti düşmən tanklarının sıradan çıxarılmasının görüntülərini paylaşıb.