Azərbaycan Minsk Qrupundan İMTİNA EDƏCƏK?

93

Qabil Hüseynli: “Ermənistanın təxribatlarıma ATƏT-in Minsk Qrupunun susması çox məyusluq doğurur

Elxan Şahinoğlu: “Son insident Rusiya ilə Türkiyənin Azərbaycan üçün fərqini bir daha ortaya qoydu”

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi münaqşənin həll edilməsinə 1997-ci ildən bəri məsuliyyət daşıyan Minsk Qrupunun buraxılmasını tələb edir. Çünki 23 ildir münqaşinin sülh yolu ilə həll edilməsinə “çalışan” həmsədr dövlətlərin nümayəndələri bu istiqamətdə heç bir irəliləyişə nail ola bilməyiblər. Ona görə, Azərbaycan işğala məruz qalan ölkə kimi bu dövlətlərin (Fransa, Rusiya, ABŞ) vasitəçiliyindən imtina etməli və Minsk Qrupunun buraxılmasını tələb etməlidir. Hətta Qarabağ münaqişəsini yaradan və bu gün də davam etməsinin səbəbkarı, həm də həmsdər dövlət olan Rusiyanın tanınmış siyasi eksperti Qriqori Trofimçuk Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginliyi şərh edərkən belə, “ATƏT-in Minsk Qrupu dərhal  buraxılmalıdır. Onların heç bir faydası yoxdur”-deyib.

“Ermənistan və Azərbaycan ordularının qarşılıqlı zərbələri və yeni qurbanlar  barədə İrəvan ənənəvi olaraq Bakını aqressiyada günahlandırır, Bakı isə İrəvanı ittiham edir. Əgər əlimdə belə imkanım olsaydı, mən birbaşa bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərini restoranlardan və yataqdan çıxarıb “Kimdir aqressor?” sualına dəqiq cavab tələb edərdim. Əks halda Minsk Qrupu dərhal buraxılmalıdır. Belə ki, o baş verənlərə görə heç bir məsuliyyət daşımır. Minsk Qrupu heç nəyə nəzarət etmir. Demək, onun  heç bir faydası yoxdur”, – deyə rusiyalı politoloq “Facebook” səhifəsində yazıb.

“ATƏT-in Minsk Qrupunun susması çox məyusluq doğurur”

Yeni siyasi və iqtisadi sistem formalaşacaq” - Politoloq Qabil ...

Ermənilərin Tovuz istiqamətində təxribat cəhdinə ATƏT-in Minsk Qrupunun heç bir reaskiya verməməsi ilə bağlı fikrini açıqlayan keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli “Hürriyyət”ə deyib ki, Minsk Qrupunun fəaliyyətsiz olduğu göz önündədir: “Atəşkəs təkcə Tovuz rayonunda Azərbaycan-Ermənistan sərhəddində deyil, həm də işğal edilmiş ərazilərdə pozulubdur. İşğal edilmiş ərazilərdən Ağdam, Tərtər rayonun əraziləri top atəşinə tutulubdur. Bütün bunlar onu göstərir ki, ermənilər bədnam, özlərinin “yeni müdafiə strategiyalarını” qəbul etdikdən sonra Azərbaycana növbəti psixoloji təzyiq göstərmək üçün indi də ordunu gücündən istifadə etməyə çalışır. Doğrudur, bu məsələdə biriləri Ayasofiyanın təhrikçi rol oynadığını, başqaları Ermənistan ordusunun, guya, Paşinyandan narazılığını və gücünü ona göstərmək istədiyini ifadə edirlər. Amma əhəmiyyətli olan odur ki, Ermənistan ordusu Azərbaycan torpaqları üzərinə işğal edilmiş ərazilərdən yox, Ermənistanla sərhəd bölgələrindən hücuma keçirlər ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da bu məsələyə qoşsunlar. Mnatasakanyan hətta  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinə zəng edib və ondan məsələlərə qarışmağını tələb edib. Onsuz da ermənilərin əsas məqsədi Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, ilk növədə, Moskva ilə döyüşdürmək, baş-başqa qoymaqdır. Ona görə, Azərbaycan ordusunu hücum etdiyini deyirlər. Azərbaycan ordusu hücum etsəydi, bunu niyə Tovuz ərazisində həyata keçirirdi? Bunu elə Ağdam, Füzuli və yaxud təmas xəttinin istənilən nöqtəsindən, xüsusilə də bu qızmar yay dönəmində Sərsəng su anbarının yerləşdiyi Tərtər bölgəsindən həyata keçirsəydi, bu, daha əhəmiyyətli və nəticəli ola bilərdi. Ona görə də Ermənistan tərəfinin provakasiyalarına ATƏT-in Minsk Qrupunun susması çox məyusluq doğurur”.

 “Xarici İşlər Nazirliyinin işi yenidən qurulur”

Q.Hüseynlinin fikrincə, Azərbaycan tərəfdən Minsk Qrupundan, ATƏT-dən müəyyən tələblər olur: “Sadəcə olaraq bunlar mətbuata çıxmırsa, hələ o demək deyil ki, Azərbaycan tərəfi belə təşəbbüslərdə bulunmur. Üstəlik də Xarici İşlər Nazirliyində bu saat vəziyyəti o qədər də ürəyəyatan deyil. Məncə, Xarici İşlər Nazirliyinin işi yenidən qurulur və burada ciddi kadr dəyişiklikləri həyata keçirildikdən sonra ölkənin bu strateji qurumu daha faydalı işləməyə başlayacaq”.

“Türkiyənin Minsk Qrupunun həmsdərlər qrupuna aid edilməsi üçün Azərbaycan fəaliyyətə başlamalıdır”

“Türkiyə də Minsk qrupuna daxildir. Sadəcə olaraq Minsk Qrupunun formatında dəyişiklik aparılmalıdır. Formatda bu saat ən azı iki dövlət – Rusiya və Fransa ermənipərəst dövlətdir. Amerika Birləşmiş Ştatları da loyal bir dövlətdir. Ona görə də Minsk Qrupunun 11 üzvündən yeganə müsəlman dövləti olan Türkiyənin Minsk Qrupunun həmsdərlər qrupuna aid edilməsi üçün Azərbaycan fəaliyyətə başlamalı və bu istiqamətdə israrlı tələblər etməlidir”,-deyə politoloq vurğulayıb.

“Ola bilməz ki, Azərbaycan Türkiyənin Minsk qrupunda həmsdər formatında təmsil olunmasını tələb etməsin”

Q.Hüseynli qeyd edib ki, Azərbaycanın Türkiyənin bu Qrupda təmsil olunması tələbi ilə bağlı onun məlumatı yoxdur: “Amma ola bilməz ki, Azərbaycan Türkiyənin Minsk qrupunda həmsdər formatında təmsil olunmasını tələb etməsin. Sadəcə olaraq bu tələbləri həyata keçirmək çətindir və hər dəfə də Ermənistanın ciddi etirazları ilə qarşılaşıbdır. Ona görə də Azərbaycanın bunu etmədiyini söyləmək mümkün deyil, edibdir. Sadəcə olaraq həyata keçirə bilməyib”.

 “Mexanizm hərəkətə gəlib və geriyə yol yoxdur”

Pallone erməni lobbisinin ötürdüyü mətni oxuyur” - ELXAN ŞAHİNOĞLU ...

Ermənilərin Tovuz istiqamətində təxribat cəhdini  şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyib ki, Azərbaycan Minsk Qrupu həmsədrlərinin mənasız vasitəçilyindən sonra, 2016-cı ilin aprelində düyməyə basıb: “Mexanizm hərəkətə gəlib və geriyə yol yoxdur. Doğrudur, Rusiyanın təzyiqi ilə savaş 4 gündən sonra dayandırıldı, ancaq bunun müvəqqəti xarakter daşıdığı bəlli idi. Halbuki, arpel savaşının nəticəsi olaraq Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razılıq verib “mərhələli həll” planının reallaşmasına razılıq versəydi, sərhəddəki dünənki insident və buna bənzər hadisələr də baş verməyəcəkdi”.

“Dövlət başçısı Minsk Qrupu həmsədlərin fəaliyyətinə qiymət verdi”

E.Şahinoğlu qeyd edib ki, Ermənistan hakimiyyəti Azərbaycan prezidenti İlham Əliyevin ötən həftə  televiziya kanallarına verdiyi geniş müsahibəni də doğru oxuya bilmədi: “Dövlət başçısı həmin müsahibədə Azərbaycan-Ermənistan münaqişəsinə və Minsk Qrupu həmsədlərin fəaliyyətinə qiymət verdi. Birincisi, prezident dedi ki, həmsədrlər Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” açıqlamasına reaksiya vermədilər. Halbuki, bu açıqlama bölgədə gərginliyin artmasına xidmət etdi. “Bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir”. Bu, İlham Əliyevin qiymətləndirməsidir. İkincisi, prezident bir daha xatırlatdı ki, Azərbaycan separatçılarla və onların qondarma rejimi ilə danışıqlar aparmayacaq. İlham Əliyev həmsədrlərin Nikol Paşinyanın “Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparsın” açıqlamasına da reaksiya vermədiklərini bildirdi. Azərbaycan prezidenti “formatı dəyişmək lazımdır” fikrinin danışıqları əhəmiyyətsiz etdiyini vurğuladı”.

“Siyasi ekspertlər də bu müzakirələrin mənasız olduğunu vurğulayırdılar”

“Ölkə başçısı həmsədrlərin Nikol Paşinyanın Şuşaya təxribatçı səfər edərək qondarma andiçmə mərasimindəki iştirakına səssiz qalmalarını tənqid etdi: “Nə üçün deyilmir ki, bu, təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq”.  Prezident onu da qeyd etdi ki, Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. İlham Əliyev bu məsələni hər dəfə həmsədrlər qarşısında qaldırdığını, ancaq vasitəçilərin buna da seyrçi qaldıqlarını bildirdi. İlham Əliyev ATƏT-in faktaraşdırıcı missiyasının sonuncu dəfə işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olduğunu xatırladaraq bunları  dedi: “On il keçib. Son bir neçə il ərzində biz onlara təkidlə deyirik ki, yeni missiya getməlidir. Bu 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır. Bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni sabah deyəcək ki, bu, erməni torpağıdır. Dəfələrlə demişik onlara. Reaksiya var? Yoxdur!”. İlham Əliyev Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti olmadığını söylədi. Məsələ burasındadır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin il ərzində bir neçə onlayn müzakirəsi olub. Siyasi ekspertlər də bu müzakirələrin mənasız olduğunu vurğulayırdılar. Prezident də bir daha vurğuladı ki, danışıqların imitasiyası Azərbaycanın maraqlarına xidmət etmir”,-deyə politoloq nəzərə çatdırıb.

“Bu sözlərin üstündən bir həftə keçməmiş sərhəddə insident baş verdi”

E.Şahinoğlunun sözlərinə görə, beləliklə, Azərbaycan prezidenti Minsk Qrupunun fəaliyyətini yararsız hesab edərək buna dair detallı dəlillər irəli sürüb: “Əslində, bu dəyərləndirmədən sonra rəsmi Bakının vasitəçilərin sadəcə öz varlıqlarını göstərmək üçün həyata keçirdikləri mənasız danışıqlardan imtina etməsi və ya fasilə götürməsi zərurəti gündəmə gəlirdi. Prezidentin müsahibəsindəki son cümlə də bundan xəbər verirdi: “Heç kim Aprel döyüşləri yadından çıxmasın”. Bu sözlərin üstündən bir həftə keçməmiş sərhəddə insident baş verdi. 4 il əvvəl apreldə olduğu kimi Azərbaycan ordusu işğalçının təxribatına əks həmlə ilə cavab verdi və bu, son deyil”.

E.Şahinoğlunun sözlərinə görə, son insident Rusiya ilə Türkiyənin Azərbaycan üçün fərqini bir daha ortaya qoydu: “Türkiyə Xarici İşlər Nazirliyi sərhəddəki insidentdən dərhal sonra Azərbaycana tam dəstəyini və Ermənistanın işğalını pisləyən bəyanat yaydı. Sərhəddəki insidentdən sonra Ermənistanın müdafiə naziri isə Rusiyanın təyyarəçilərini qəbul edərək Ermənistan hərbi hava qüvvələrinə verdiyi dəstəklərə görə onlara minnətdarlığını bildirdi. İrəvandakı görüşdə rusiyalı təyyarəçilərə medallar verildi”.

Şamo EMİN, Hurriyyet.org