Azərbaycan mədəniyyətinə ağır itki – Foto

144

Xalq rəssamı Mayis Ağabəyov vəfat edib.

Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəsmi “Facebook” səhifəsində qeyd olunub.

Mayis Əlişir oğlu Ağabəyov 1 may 1941-ci ildə Bakıda anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirib. 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsini bitirərək, “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayıb.”Babək”, “Nəsimi”, “Nizami”, “Əlvida, cənub şəhəri”, “Günaydın, mələyim!” və başqa filmlərin quruluşçu rəssamı olub.

1965-ci ildən bir sıra beynəlxalq və respublika sərgilərində kino və rəngkarlıq əsərləri ilə iştirak edib. 1996-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərib.

2000-ci ildə Xalq rəssamı adına layiq görülüb.

Allah rəhmət eləsin.

Azərbaycan mədəniyyətinə ağır itki - Foto