Azərbaycan – Lüksemburq oyununun hakimləri açıqlanıb

87

Millətlər Liqasının 2020/21 mövsümünün ilk turu çərçivəsində keçiriləcək Azərbaycan – Lüksemburq oyununun hakimləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA Bakıda baş tutacaq qarşılaşmaya İngiltərədən olan hakimlər briqadasın təyin edib.

Görüşün baş hakimi Kris Kavanaq olacaq. Ona həmyerliləri Daniel Riçard Kuk və Sian Massey kömək edəcəklər. 4-cü hakim funksiyasını isə Pol Tirni yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq oyunu saat 20:00-da start götürəcək.