Azərbaycan kubokunun püşkü atıldı

120

Azərbaycan kubokunda 2020/2021-ci illər mövsümünün püşkatma mərasimi keçirilib. Bu mövsüm yarışa Premyer Liqanın 8 komandası ilə yanaşı, birinci divizion təmsilçilərindən “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan” qatılacaq.
1/8 final

  1. “Səbail” – “Zaqatala”
  2. “Turan Tovuz” – “Qəbələ”
  3. “Sabah” – “Kəpəz”
  4. “Qaradağ Lökbatan” – “Zirə”

1/4 final

  1. “Sumqayıt” – 1-ci cütün qalibi
  2. “Qarabağ” – 2-ci cütün qalibi
  3. “Keşlə” – 3-cü cütün qalibi
  4. “Neftçi” – 4-cü cütün qalibi
    Qeyd edək ki, Azərbaycan kubokunda mübarizəyə dekabrın 24-də start veriləcək. Həmin gün bir oyunluq sistemlə 1/8 final oyunları keçiriləcək. 1/4 final qarşılaşmaları isə 2021-ci il 1-2 fevral və 6-7 fevralda olacaq.

Xatırladaq ki, ötən mövsüm turnir koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırıldığından, kubokun qalibi müəyyənləşdirilməyib.