Azərbaycan – Kipr matçının yeri dəyişdirildi

5

Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasının 4-cü turu çərçivəsində Kiprlə oyununun yeri müəyyənləşib. Cəbhə xəttindəki hadisələr və ölkəmizdəki hərbi vəziyyətlə əlaqədar Bakıda keçirilməsi mümkün olmayan matçın Albaniyada təşkilinə qərar verilib.

Kipr Futbol Federasiyasının rəsmi saytının yaydığı məlumata görə, oktyabrın 13-də Albaniyanın Elbasan şəhərində keçiriləcək Azərbaycan – Kipr matçı “Elbasan Arena”da baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.