Azərbaycan himni Ukrayna dilində ifa edildi – VİDEO

42

Ukrayna səfirliyi müsəlman şərqində ilk demokratik dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə əlaqədar hər il 28 may tarixində qeyd olunan Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, “Cerela” Mahnı Teatrının yardımı ilə səfirlik Azərbaycanın Dövlət himninin Ukrayna dilində səsləndirildiyi videoçarx hazırlayıb.