Azərbaycan hərbçiləri Şurnuxdə: Sərhəd erməni kəndinin ortasından keçəcək

750

“Azərbaycan hərbçiləri Ermənistanın Sünik rayonunun Şurnux kəndinin bir hissəsini “işğal ediblər””.

Kəndin başçısı Hakob Arşakyan Facebook-da yayımladığı videoda bu barədə məlumat verib.

Arşakyanın dediyinə görə, əsgərləriniz kəndin sakinlərinə Azərbaycan ərazilərini tərk etmək üçün 3 gün vaxt veriblər: “Hər şey bitdi. Azərbaycanlılar, ruslar, sərhədçilərimiz gəldi. 5 yanvar tarixinə qədər müddət verdilər, kəndin ortasında postlar quracaqlar”.

O, hadisə yerinə gələn Azərbaycan qoşunlarının və Rusiya sərhədçilərinin SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının 1942-ci il xəritəsinə istinad etdiklərini vurğuladı.

“Başqa xəritəmiz də var və sərhəd kəndin ərazisindən yox, kənarından keçir. Ancaq bu barədə onlarla danışacaq heç kim yoxdur … Belə görünür ki, kənd kitabxanasının binası da onlara nəzarətinə keçir”, – Arşakyan belə deyib.

Qeyd edək ki, Azərbaycan əsgərləri dekabrın sonlarında ermənilərə işğal etdikləri ərazini boşaltmaları üçün 1 sutka vaxt vermişdi. Sonradan ənənəvi insansevərlik duyğularımız düşmənin Yeni il ovqatını pozmamağa razı olmamış və möhlət müddətini bir neçə gün uzatmışdıq. Amma görünən budur ki, ermənilər bizim ürəkgenişliyimizin böyüklüyünə inandıqlarından indiyədək ərazilərimizi tərk etməyiblər. Əsgərlərimiz də budəfəki hənanın ayrı cür olacağını ermənilərə başa salmaq üçün kəndə girib öz postlarını qurmağa başlayıb. \\Ovqat.com