KTMT-nin Daimi Şurasının Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində iyulun 12-dən başlayan şiddətli döyüşlərlə bağlı rəsmi Yerevanın müraciəti əsasında bu gün iyulun 13-nə təyin edilmiş iclası sual altındadır.
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, KTMT Daimi Şurasının Ermənistan-Azərbaycan sərhədində baş verənlərlə bağlı bu günə təyin edilmiş iclası barədə elanı təşkilatın saytından çıxarılıb. Hazırda elanın niyə saytdan çıxarıldığı barədə heç bir izahat yoxdur, eləcə də KTMT-nin iclasının baş tutub-tutmayacağı haqda izahat verilmir.
***
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Azərbaycan və Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar Daimi Şuranın təcili iclasının çağırılması təşəbbüsü ilə çıxış edib.
Xəbəri haqqın.az portalı yayıb.