Azərbaycan-Ermənistan sərhədi bu xəritələrlə MÜƏYYƏNLƏŞDİRİLƏCƏK

399

Ermənistan baş nazirinin müavini Tiqran Avinyan Azərbaycan-Ermənistan dövlət sərhədinin müəyyənləşdirilməsinə toxunub.

Modern.az xəbər verir ki, o, Azərbaycan-Ermənistan sərhədi müəyyənləşdirilən zaman 1928-1929-cu illərdə çap edilmiş xəritələrdən istifadə ediləcəyini söyləyib. Bununla belə, o digər xəritələrdən də istifadə olunacağını əlavə edib.

“Azərbaycan-Ermənistan sərhədi yaxın həftələrdə müəyyən olunacaq. Sərhəd xəttinə yenidən baxılması nəticəsində Zod qızıl yatağı istiqamətində postlar yerini dəyişib. Bunun sayəsində, qızıl yatağının inzibati binaları Ermənistan tərəfdə qalıb”- deyə Avinyan söyləyib.

O, iki dövlətin sərhəd xəttini müəyyənləşdirmək üçün Rusiyanın yarıdımdan istifadə olunacağını da əlavə edib.