Azərbaycan dövlətinə qarşı soyuq savaş “Kripto etnos” ideologiyasının detalları…

216

Özlərini “Talış Milli Hərəkatı”nın lideri elan etmiş şəxslərin bioqrafiyasına nəzər saldıqda onu da görürük ki, bu şəxslər bir neçə qrupa bölünürlər:
1. “Etnik separatizm xəstəliyi”nə tutulmuş siyasi macəraçılar,
2. Ermənistan və digər xarici ölkələrin xüsusi xidmət orqanlarına çalışanlar,
3. Azərbaycan Respublikasında “milli azlıqlar” mövzusunu süni şəkildə qabardaraq xadici ölkələrdəki fondların “qran layihələri” sayəsində özlərinə firəvan həyat tərzi quranlar,
4. Azərbaycan Respublikasında “stalnizmin mirası” olan düşüncə tərzindən çıxa bilməyənlər,
5. Azərbaycan Respublikasının konstitusiyasında təsbit olunmuş unitar dövlət qanunlarına qarşı çıxan və “erməni separatizmi” siyasətinin yanında yer alanlar,
6. Azərbaycanda dominant dil və mədəniyyətə qarşı çıxaraq, süni şəkildə “çoxdillilik” ideyasını qabardanlar,
7. Ermənistan xüsusi xidmət orqanlarının beynəlxalq miqyasda Azərbaycana qarşı qondarma “Dağlıq Qarabağ” rejiminə status verilməsi üçün “milli muxtariyyətlər” hüquqi statusunun gündəmə gətirilməsi,
8. Ölkəmizdə “Beşinci Kolon”u təmsil edən mühafizəkar qruplaşmaların separatizm təhlükəsi çətirinən arxasında gizlənməsi.

Separatizmə hüquqi don geyindirilməsi cəhdləri

1917-ci ildə çökən Çarlıq Rusiyası imperiyasının ardından bu ölkədə ikihakimiyyətlilik siyasəti gündəmə gəldi. Vladimir Leninin rəhbərliyi altında elan edilən “Bolşevik Rusiyası”, keçmiş imperiyanın qalıqları üzərində “konstitusiyalı monorxaiya” rejimi tərəfdarları tərəfindən elan edilmiş “Müvəqqəti hökumət” ayrı-ayrılıqda özlərini siyasi güc olaraq cəmiyyətə təlqin edirdilər. Hər iki siyasi güc mərkəzi “Çarlıq Rusiyası”nın imperiya sərhədləri çərçivəsində addım atırdılar.

1918-ci ildə elan edilən “Bakı Kommunası” hakimiyyəti qanunsuz olduğu üçün, Azərbaycanın dövlət müstəqilliyi tərəfdarları tərəfindən məğlubiyyətə uğradıldı. 1918 ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətini çökdürmək üçün, İngiltərə, Fransa və Bolşevik Rusiyası ayrı-ayrılıqda dövlətimizə qarşı etnik separatizm siyasətinin yanında yer alan erməniləri silahndırıb Qarabağ, İrəvan, Zəngəzur, Şərur-Dərələyəz və Dağ Borçalıda onları üsyanlara cəlb etmişdilər. AXC hökuməti ermənilərin bu mənfur siyasətinə döyüşdüyü məqamda 1919-cu ilin martında bolşeviklər Bakı, Gəncə, Şamaxı, Quba, Qazax və Şəkidə  kütləvi terror siyasətlərini gündəmə gətirdilər. Bolşeviklər  gözlənilmədən Lənkəranda “Muğan Sovet Respublikası”nı elan etdilər. Separatizmə hüquqi mənada statusu verilməsi üçün “Müvəqqəti Hərbi Diktatura” yaradılmışdı.

Diktaturanın lideri isə, adi dənizçi D.D. Çirkin idi. Komandanlığa Şirəli Axundov,  Ələkbər Məmmədov, matros Timofey Ulyantsev və başqaları daxil idilər. RBFP (Rusiya Bolşevik Fəhlə Partiyası) arxivlərində o da qeyd olunur ki, Lənkərandakı qiyama Moskvadan Leninin birbaşa göstərişi ilə Anastas Mikoyan idarə edirdi. Xəzər dənizi üzərindən Mikoyanın dəstəyi ilə 200 nəfər rus əsgəri Lənkərana göndərildi. Ruslar və ermənilərdən ibarət 1200-1500 nəfərlik könüllülər cəlb olundular.

AXC hökumətinin iradəsi ilə bu separatçı hökumət darmadağın edildi. Rus-erməni silahlı dəstələri Xəzər dənizi vasitəsilə Krasnovodsk (Türkmənistan), Petrovsk (Dağıstan) və Həştərxana (Rusiya) qaçdılar. Beləliklə 1919-cu ilin martında elan edilən “Muğan Sövet Respublikası”nın ömrünə iyulun 28-də nöqtə qoyuldu. Qondarma “TMR” (Talış-Muğan Respublikası) ideyasının tərəfdarları bu gün həmin tarixi özlərinin “milli azadlıq tarixi” kimi qələmə verirlər. 1919-cu ildə AXC hökuməti və 1993-cü ildə müstəqil Azərbaycan dövlətinin bir illiyi dönəmində separatçı “Muğan Sovet Respublikası” və “TMR”-in təsadüfən baş verməsi məntiqə sığmır. 1919-cu ildə və 1993-cü ildə hər iki separatçı hərəkat məhz Azərbaycanın Qarabağda ermənilərə qarşı qələbə çalmaq ərəfəsində baş veribdir.
Hər iki separatizmə xaricdən Anastas Mikoyan (1919) və Vardan Oskanyan (1993) rəhbərlik ediblər.
Xaricdən dəstək.

Etnik separatizm siyasətinə köklənmiş qondarma və  “TMMH” (Talış-Muğan Mühacir Hökuməti) ideyasının lideri Əlikram Hümbətov hətta özünə tərəfdarlar toplamaq üçün əlaltıları vasitəsilə “Avropaya mühacir” taktikasını seçib. Onları Almaniya, Hollandiya, Belçika, İsveç, Finlandiya, Polşa, Norveç, Fransa, Avstriya, İngiltərə, Danimarka, Şotlandiya, İspaniya və digər dövlətlərdə yerləşdirməklə yanaşı, Avropada mühacir statusu almış və həm də Azərbaycan dövlətinə qarşı müxalifətdə olduqlarını elan edən kadrlarla birlikdə təbliğat sistemlərini qurmağa çalışır. Qondarma “TMR”in konstitusiyasını yazmış Ataxan Əbilov və digər separatçı siyasətin içində olanların bir çoxu Azərbaycana qarşı təbliğatlar aparan “Meydan TV”, “Azərbaycan saatı” və sair
internet tv kanalları ilə də təbliğatlar aparırlar. Almaniyada təsis edilmiş “AND” (Azərbaycan Naminə Demokratiya) təşkilatında Azərbaycan dövlətinə qarşı apardığı təbliğatlarda “TMMH”-in üzvü olan fəalların sayları son zamanlar üstünlük təşkil edir.

Beləliklə qondarma “TMMH” və digər təşkilatlar sözdə demokratiyadan dəm vurslar da, nəticədə Azərbaycan dövlətinin daxilinə hesablanmış siyasi provakasiyaların coğrafiyasını genişləndirməyə çalışılır.

“Sosial ədalət” avantürası

Qondarma talış etnik separatizmi ideyasının tərəfdarları son iki ildə Azərbaycanda mövcud olan sosial problemlər və insan haqları məsələlərini qabartmaqla bunu süni şəkildə “talış xalqı”na qarşı dövlət siyasətinin hədəfləri kimi göstərməyə çalışırlar. Bir həqiqət bəllidir ki, yeni dəvlət qurulan zaman çoxsaylı problemlər olur. Bundan əlavə sosial-iqtisadi və digər sahələrdə qanunların boşluğu həmin problemlərdən yaranır. Mövcud problemlərin həlli istiqamətində yaradıcılıq təşəbbüsünü irəli sürməyən və baş verənləri “siyasi demaqogiya”ya çevirənlər hal-hazırda sosial şəbəkələrdə daha çox fəallıq göstərirlər. Hansısa vətəndaşın hüququ məsuliyyətsiz məmur tərəfindən pozulursa, bunun həmin vətəndaşın “etnik mənsubiyyəti”nə görə baş vermədiyini də qeyd etmək gərəkdir. Aparılan sosioloji araşdırmalar zamanı o da bəlli olub ki, milli azlıqlar”dan daha çox dominantlıq təşkil edən azərbaycanlı vətəndaşlar daha çox mənfi hallardan zərər çəkirlər. Qondarma “TMMH”, eləcə də digər etnik separatizmə bağlı qruplaşmalar Azərbaycanda mövcud sosial-iqtisadı problemləri mümkün qədər Cənub bölgəsi ətrafında cərəyan etməsi ilə bağlı avantüralara cəlb etməyə çalışırlar.

Bunu xüsusilə “OTV” kanalı vasitəsilə hər gün müşahidə etmək mümkündür. İşsizlik, maaş, təqüd, sosial təminat, səhiyyə, təhsil, rüşvət, korrupsiya və nepotizmlə bağlı verilən açıqlamalar da artıq həqiqəti özündə əks etdirmir. 2018-ci ilin aprel ayından Azərbaycand abaşlanılan kadr və struktur islahatlarının miqyası artıq cəmiyyətdə ən vacib dəyər kimi qəbul edilir. “Sosial ədalət” adı altında gündəmə gətirilən avantürlar artıq çoxlarının maraq dairəsində deyil. Çünki “Regionların İnkişafı haqqında Dövlət” Proqramı” ölkəmizin hər bölgəsində olduğu kimi, Cənub bölgəsində əhali tərəfindən böyük dəstək qazanmaqdadır.

Milli-mədəni problem anlayşının avantürası

Qondarma “talış etnik separatizmi” ideyasının tərəfdarlarının əksəriyyətinin iddiasına görə, mərkəzi Lənkəran şəhəri olmaqla talış dilində universitet, tv və radio kanallar,
tədris, filarmoniya, mədəni mərkəzlər, teatr və sair təsisatlar olmalıdır. Hətta onu da  iddia edirlər ki, Cənub bölgəsinin hər yerində dövlət idarələri ikidilli olmalıdır. Elan və reklamlar üstünlük təşkil etməlidir. Rəsmi statistika ilə Cənub bölgəsində 112 mindən bir qədər çox saya malik azsaylı talış xalqının adından saxtakarlıq edərək xüsusi dövlət statusunun verilməsi Konstitusiyamızda qeyd olunan unitar dövlət qanunlarına qarşı ziddiyyət təşkil edir. Halbuki, 1992-ci ildə milli azlıqlarla bağlı qəbul edilmiş qanunla istənilən azsaylı xalq öz hüquqları çərçivəsində fəaliyyət göstərir. Belə bir sual da yaranır ki: “Azərbaycan Respublikasında yaşayan 20-yə yaxın azsaylı xalqın heç biri xüsusi muxtar status uğrunda səs-küy qaldırmadığı halda, nədən talış etnik separatizmi ideyalarını təbliğ edənlər bu qədər problemli addım atırlar?” Cavab birdir.

Çünki, heç bir xalq ölkəmizə qarşı xaricdən körüklənən separatizm ideyalarını qəbul etmir. Sadəcə talış xalqının adından siyasi alver dolanbaclarında gərnəşələr belə bir oyunlarda yer alırlar. Bu cılız ideyaların yanında yer alanlar hələ də başa düşmürlər ki, Azərbaycanda etnik milliyyətçilik siyasəti yox dərəcəsindədir. Ölkəmizdə dövlət milliytətçiliyi anlayışı daha güclüdür. Çünki, belə yanaşım tərzi artıq dünyanın bütün mədəni dövlətlərinin başlıca hədəflərindən biridir. Bu, həm də milliyyətindən və dini baxışlarından asılı olmayaraq, vətəndaşı olduğun dövlətə sədaqətli olmaq deməkdir.

Müasir ABŞ, İngiltərə, Almaniya, Fransa və digər güclü dövlətlərin etnik mənzərəsi məhz bu faktora görə zəngindir. Azərbaycan dövlətinin kiminlə strateji müttəfiqlik etməsi birbaşa onun varlığına xidmət edən amillərdən biridir. Bunu 5-10 nəfər etnik separatizm ideyasını yürüdənlərin mülahizəsinə görə dəyişmək də yalnış addımdır. Hətta etnik separatizm tərəfdarlarının mövqeləri ilə ermənilərin hədəflərinin nə qədər uzlaşdğını görməmək mümkün deyil. O da bəllidir ki, min illərdir ölkəmizdə yaşayan xalqlara qarşı “dietnizasiya” və ya “assimliasiya” siyasəti yürüdülməyib. Hər bir xalq öz ana dilində sərbəst danışmaq və mədəniyyətini qorumaq imkanına malikdir. Etnik rəngarənglik, mədəni müxtəliflik, multikulturalizm, etnososioloji və humanizm faktoru yüzillərdir birgə yaşayış sisteminin böyük bir parçasıdır. Azərbaycan bir ölkə olaraq postsovet məkanında milli azlıqlarla bağlı dövlət proqramına malik olmaqla ilk sırada yer alır.

Ermənistanın Azərbaycan dövlətinə qarşı etnik separatizm siyasətini yürütməsinin mənası “ekspansionizm”i mümkün qədər qorumaq və vaxt qazanmaqdır. Bunu dərk etməyən Azərbaycan Respublikasının vətəndaşları milli azlıqlar proyekti ətrafında erməni siyasətinin yanında yer alması dövlətimizə qarşı ideoloji təxribatlardan savayı heç nəyə yaramır. Tarix bu istiqamətdə yaşanılan hadisələrin üzərindən çox şeyləri görüb və nəticədə yadelli hədəflər iflasa uğrayıb. Azərbaycanın dövlətçiliyi 30 ildir möhkəm təməllər üzərində ayaq tutub inkişafa doğru addımlayır. Bu həqiqəti görə bilməyənlər siyasi korlardır. “Kripto etnos” siyasətini hədəfləyən ermənilərin özləri də artıq bu həqiqəti dərk etməyə başlayıblar.

Ənvər BÖRÜSOY