Azərbaycan bu ilin yanvar-noyabr aylarında 123 269,48 min. ABŞ dolları dəyərində polietilen və polipropilen ixrac edib.
Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən 11 ayda ölkədən ixrac edilən polietilenin dəyəri 66 971,73 min dollar təşkil edib. Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 99 288,28 ton polietilen (ilkin formalarda) ixrac edib.
Azərbaycanın yanvar-noyabr aylarının qeyri-neft sektoru üzrə ixracında polietilenin payı 4,09% təşkil edib.