Azərbaycan beynəlxalq informasiya mühiti… – LAYİHƏ

156

Elmi-mədəni inteqrasiyanın təməl prinsipləri…

I Yazı

İnformasiya cəmiyyəti qloballaşmanın meydana gətirdiyi əsas sosium kimi daha sürətli mübadilə münasibətlərinin mövcudluğunu və qarşılıqlı inteqrasiya şəbəkəsinin davamlı inkişafını tələb edir. Öz növbəsində, qloballaşmanın kökündə xalqlar, mədəniyyətlər, təşkilatlar, sistemlər arasında informasiya mübadiləsinin durması, informasiyayüklü cəmiyyəti bir növsosial, mədəni imploziyadan -qapalı məkana istiqamətlənmiş partlayışdan-qoruyur. Beləliklə, informasiya cəmiyyəti ilə qloballaşma prosesinin bu cürsimbiozu,geniş bir məkanın-informasiya mühitinin inkişafı üçün başlıca amilə çevrilir.

İnformativ mübadilələrin strateji perspektivləri

İnformasiyanın biliyə və əksinə, biliyin informasiyaya çevrilməsi informasiya ilə işləmə səviyyəsindən, ona yanaşma metodundan asılı olduğu üçün informasiyanın seçilməsi, toplanması,emalı, mühafizə edilməsi və yayılması bütöv biridarəetmə prosesinin meydana gəlməsini zəruri edir. İnformasiya cəmiyyəti qloballaşmanın meydana gətirdiyi əsas sosium kimi daha sürətli mübadilə münasibətlərinin mövcudluğunu və qarşılıqlı inteqrasiya şəbəkəsinin davamlı inkişafını tələb edir. Öz növbəsində, qloballaşmanın kökündə xalqlar, mədəniyyətlər, təşkilatlar,sistemlər arasında informasiya mübadiləsinin durması, informasiya yüklü cəmiyyəti bir növ sosial, mədəni imploziyadan (qapalı məkana istiqamətlənmiş partlayış) qoruyur. Beləliklə, informasiya cəmiyyəti ilə qloballaşma prosesinin bu cür simbiozu, geniş bir məkanın-informasiya mühitinin inkişafı üçün başlıca amilə çevrilir. Artıq yeni dövrün informasiya mühiti birareallı, local deyil. O, fəzanı (peyk vasitəsilə), yeri (telekommunikasiya və İnternet vasitəsilə) və yerin təkini (müxtəlif uzaqməsafəli informasiya kanalları vasitəsilə) əhatə edir. Bu trayektoriyada informasiya o qədərsürətlə mübadilə olunur ki, kilometrlərcə dərinlikdə və yaxud, hündürlükdə baş verən hər hansı proses barədə anındaca məlumat almaq mümkün olur. Bu mənada, informasiya mühiti beynəlxalq substansiyadır və onun dəyəri istər kosmopolit, istərsə də fundamental baxışlar kontekstində eynidir. Beynəlxalq informasiya mühitinin əsas komponentləri arasında kitabxanaların özünəməxsus yeri və rolu var. Kitabxanalar qlobal informasiya axınının formalaşması, idarə olunması, istiqamətləndirilməsində kifayət qədər ciddi əhəmiyyətə malik təsisatlardır.

Beynəlxalq informasiya mühiti və Azərbaycan

Bu mühitin yaradılması və informasiya cəmiyyətinin deyil, onun fövqündə duran və yaxud, onun növbəti mərhələsi olan biliklər cəmiyyətinin əsasını təşkil edirlər. Bilik qədər dəyərli informasiya resursuna malik bu kitab məbədləri istənilən şəraitdə və dövrdə cəmiyyətinin intellektual nəbzini tənzimləmək iqtidarındadır. Məhz buna görə kitabxanaların informasiya mühitində iştirakı cəmiyyətlərarası, mədəniyyətlərarası elmimədəni münasibətləri, dialoqu qorumaq və inkişaf etdirmək baxımından olduqca vacibdir. Bu münasibətləri formalaşdıran başlıca proses kitabxanalararası beynəlxalq kitab və informasiya mübadiləsidir. Kitab mübadiləsi mədəniyyət tarixi üçün yeni mövzu deyil. Hesab etmək olar ki, kitab istənilən form-faktorda mövcud olduğu dövrdən mübadilə obyektidir və bu proses ancaq artan xətt üzrə inkişaf etmişdir. Kitabxanaların inkişafı və bu missiyanı öz üzərinə götürməsi ilə kitab mübadiləsi beynəlxalq miqyas almış və sistemli şəkildə həyata keçirilməyə başlamışdır. Xüsusən də, bu sahənin tənzimlənməsi üçün hələ ötən əsrin 50-ci illərində dünya ölkələri tərəfindən birgə, beynəlxalq normativ sənədlərin qəbul edilməsi, eləcə də məsələnin BMT və IFLA (Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyası) səviyyəsində həlli, kitabxanalararası kitab mübadiləsinin inkişafı baxımından həyati əhəmiyyət daşımışdır. Dövlətlərarası beynəlxalq əlaqələrdə elmi-mədəni əməkdaşlıq, o cümlədən bilik, kitab, informasiya mübadiləsi vacib yerlərdən birini tutur və istənilən dövlətin uğurlu xarici siyasəti, beynəlxalq arenadakı mövqeyi həmin dövlətin kitabxanalarının apardığı kitab mübadiləsinə birbaşa təsir edir. Bu mənada, Azərbaycan kitabxanalarının fəaliyyətini qiymətləndirmək üçün ölkəmizin balanslaşdırılmış və düşünülmüş xarici və daxili siyasətini adi vətəndaş mövqeyindən anlamaq və təhlil etmək kifayətdir. 1998-ci ildə Azərbaycan prexidentinin sərəncamı ilə qəbul olunmuş “Kitabxana işi haqqında” Qanunda kitabxanaların beynəlxalq kitab mübadiləsinə qoşulması vacib məsələlərdən biri kimi təsbit olunmuşdur. Azərbaycan kitabxanalarının beynəlxalq informasiya mühitindəki mövqeyi sonrakı dönəmlərdə bir qədər də möhkəmlənmiş, bu sahəyə ciddi önəm və əhəmiyyət verilmişdir. Elm, təhsil və mədəniyyətsahəsində qəbul olunan demək olar bütün sənədlərdə kitabxanalara, onların inkişafına və beynəlxalq aləmə inteqrasiyasına xüsusi diqqət yetirilmişdir. “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nda, “Kitabxana-informasiya şəbəkəsinin inkişafı və kitabxana xidmətlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının (2015-2020-ci illlər) layihəsi”ndə, “Azərbaycan 2020: gələcəyə baxış”İnkişaf Konsepsiyasında, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün milli strategiya”da və digər sənədlərdə kitabxanaların beynəlxalq infomühitə çıxışının təmin olunması ilə bağlı müddəaların mövcudluğu söylənilənləri bir daha təsdiq edir. Bu, eynizamanda, kitab mübadiləsisahəsində beynəlxalq əməkdaşlığın dövlət üçün, cəmiyyət üçün əhəmiyyətini, aktuallığını müəyyənləşdirməyə imkan verir. Təqdirəlayiq haldır ki, 60 ilsistemli şəkildə davam edən beynəlxalq kitab mübadiləsi və onun inkişaf etdirilməsi, prosesin yenilənməsi, modernləşdirilməsi bu gün də dövlətin mədəniyyət siyasətində prioritet məsələ olaraq qalır və aktuallığını itirmir.

İnformasiya mühiti və elmi konsepsiyalar

İnformasiya mühiti təbiətin özü ilə həmyaşıddır və bu mənada kitabxanalar bu məkanda yeni təsisatlardır. Qlobal informasiya mühiti isə informasiya əsaslı cəmiyyətin ən son və ən dolğun formasıdır.Çünki beynəlxalq informasiya mühiti individual informasiya mühiti, ictimai kommunikasiya və informasiya mühiti (makromühit), ölkədaxili və ölkələ rarası informasiya mühiti və ən nəhayət kitabxanadaxili və kitabxanalararası informasiya mühitinin (mikromühit) vəhdətindən ibarətdir. İnformasiyanın biliyə və əksinə, biliyin informasiyaya çevrilməsi informasiya ilə işləmə səviyyəsindən, ona yanaşma metodundan asılı olduğu üçün informasiyanın seçilməsi, toplanması, emal olunması, mühafizə edilməsi və yayılması bütöv bir idarəetmə prosesinin meydana gəlməsini zəruri edir. Belə bir funksiyanı yerinə yetirən kitabxanalar ictimai informasiya resurslarından biri kimi ümumiyyətlə, informasiya mühitinin vacib hissəsini təşkil edirlər. Bu mənada, kitabxana cəmiyyət yaddaşının maddiləşmiş formasıdır. Çünki informasiya insanla məkan arasında əlaqədir və bu əlaqə bəşəriyyətin və məkanın yenilənməsinə nəzərən sabitdir. Bu əlaqə informasiya mühitinin inkişaf tarixinin mərhələlərindən, yəni birinci–informasiyanın yalnız şifahi eşidilib ötürüldüyü ta qədim dövrdən, ikinci–yazının meydana gəldiyi zamanlardan, üçüncü–kitab çapının ixtirası vaxtından, dördüncü-televiziya və radionun meydanagəlmə tarixindən, beşinci–fərdi kompüterlərinin ixtirasından, altıncı–müasir informasiya cəmiyyəti əsrinədək dinamik inkişaf yolu keçərək möhkəmlənmiş və əhəmiyyətini artırmışdır.

İnformasiya cəmiyyətinin platforması

Bir çoxlarının təsəvvüründə informasiya mühiti informasiya cəmiyyətinin platforması kimi yalnız müasir informasiya və kommunikasiya texnologiyalarının yaratdığı şəbəkənin təzahürformasıdır. Lakin bir daha qeyd etməliyik ki, informasiya mühitinin formalaşması dövrü çox-çox əvvəllərə qədər gedib çıxır və bu mühit məlumatları toplayıb emal edən, seçib paylayan elektron vasitələrin, texnologiyaların yaranmasından daha öncə mövcud olmuşdur. Azərbaycanda rabitə və yüksək texnologiyalar üzrə mütəxəssislərin hazırladığı mənbələrə görə, informasiya mühiti informasiyanın saxlanması, işlənməsi və ötürülməsinin texniki və proqram vasitələrinin, eləcə də informasiyalaşmanın həyata keçirilməsini təmin edən siyasi, iqtisadi, mədəni şərtlərin toplusudur. Və yaxud, electron şəbəkələrdən istifadə edərkən meydana gələn bütöv bir elektron informasiya məkanıdır. Bir başqa tərifə görə, informasiya mühiti informasiya kommunikasiyalarının aparıcı rol oynadığı müasir ictimai həyatın sahələridir. Bu mənada informasiya məkanı anlayışı informasiya mühiti anlayışı ilə eynidir. Artıq neçə onilliklərdir ki,xalqın milli-mədəni sərvətlərini, kitab, əlyazma və s.şəklində maddiləşmiş mədəni yaddaş nümunələrini, elmi, bədii, mədəni kitabiyyatı toplayıb mühafizə edən və dünya mədəniyyətinin bir parçasına çevrilən Azərbaycan kitabxanaları beynəlxalq informasiya mühitinin subyekti kimi çıxış edirlər. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası, M.F.Axundov adına MilliKitabxana, Bakı Dövlət Universitetinin Kitabxanası və Respublika Elmi-Texniki Kitabxanası, M.F.Axundov adına Milli Kitabxana və digər kitabxanalarımızın fəaliyyəti məhz bu aspektdən maraq kəsb edir.

1993-cü ildə Qafqazda ilk dəfə Mərkəzi ElmiKitabxana Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyasına (IFLA) üzv seçildi. 1995-ci ildə MilliKitabxana, 2009-cu ildə isə Prezident Kitabxanası IFLA-nın üzvlüyünə qəbul olundular. Daha sonra isə ABŞ Kitabxana Assosiasiyası, Elektron Kitabxana istifadəçilərinin Beynəlxalq Assosiasiyası və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi kitabxanalar sayəsində əlaqələr genişlənmişdir. YUNESKO, BMT, Elmi İttifaqların Beynəlxalq Şurası, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Beynəlxalq StandartlaşdırmaTəşkilatı (ISO), ÜmumdünyaTicarətTəşkilatı, Beynəlxalq Naşirlər Assosiasiyası, Beynəlxalq Arxiv Şurası (BAŞ), Beynəlxalq Muzeylər Şurası ilə sıx əməkdaşlıq edir və bu təşkilatların bir çoxunda müşahidəçi statusu daşıyır.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.