Azərbaycan Avropa Məhkəməsinə müraciət edib

24

Ermənistanın son hərbi cinayətləri ilə bağlı sübutlar təqdim olunub

“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı törədilən cinayətlərlə Avropa İnsan Hüquqları Konvensiyasının müddəaları pozulub”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov deyib.

Onun sözlərinə görə, bununla bağlı sübutlar artıq Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim olunub.