Azərbaycan alimləri akustik küy çirklənməsinin insan sağlamlığına təsirini araşdırıb

168
AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən “Əşyaların İnterneti” (IoT) və 5G texnologiyalarının tətbiqi ilə akustik intellektual monitorinq şəbəkəsinin elmi-nəzəri və arxitektur-texnoloji əsaslarının işlənməsi mövzusu üzrə, ətraf mühitin akustik küy çirklənməsi problemləri və onların həlli yolları, bu çirklənmənin insan sağlamlığına təsiri xüsusiyyətləri analiz edilib.

İnstitutdan “APA-Economics”ə verilən məlumata görə, ərazinin xüsusiyyətlərindən və aparılma məqsədlərindən asılı olaraq dəqiqlik meyarına görə akustik küy monitorinqi metodikasının seçilməsi üçün tövsiyələr işlənilib.

Hazırda süni intellekt əsasında ərazinin küy çirklənməsinin proqnozlaşdırılması modeli, institutun ərazisinin akustik küy çirklənməsi vəziyyətinin monitorinqinin aparılması və küydən mühafizə tədbirlərinin işlənməsi və s. mövzular üzrə araşdırmalar aparılır.