Aysberqlə qarşılaşmaq gəmi üçün hər zaman təhlükə doğurur

54

Aysberqlər okeanda üzən böyük buz parçalarıdır. Qrouler adlanan ən kiçik aysberqlər belə  avtobus böyüklüyündə olurlar.  Böyük ölçülü aysberqlər isə yük qatarı uzunluğunda və göydələndən hündür olurlar.

Buz sudan yüngül olduğu  üçün aysberqlər üzürlər. Suyun üzərinə aysberqlərin həcminin yalnız 10%-i çıxır. Yerdə qalan hissəsi isə suyun görünməyən hissəsindədir.

Sadə bir eksperiment keçir. Şəffaf stəkanı soyuq su ilə doldur. Oraya buz parçaları at. O suyun altına gedəcək, lakin batmayacaq. Bir az keçdikdən sonra əriməyə başlayacaq.  Bu hadisəni eynilə axın aysberqləri qütb zonalarından daha isti sulara aparanda müşahidə etmək olar.

Aysberqlə qarşılaşmaq gəmi üçün hər zaman təhlükə doğurur. Aysberq gəminin görünməyən sualtı hissəsinə toxunaraq onu deşə bilər. Misal üçün “Titanik” gəmisinin faciəli aqibətini göstərmək olar. Aysberqlərin yaranma zonası beynəlxalq  nəzarət xidmətinin xüsusi təyyarələri tərəfindən izlənilir. Okeanların müvafiq ərazisi  isə kosmik peyklər tərəfindən müşahidə altındadır.