Aybəniz Haşımovadan BNA-ya ÜSYAN – “Bunların əlindən zara gəlmişəm”

    15

    Əməkdar artist Aybəniz Haşımovanın avtomobili Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimələnib.

    Hurriyyet.org BakuPost-a istinadən xəbər verir ki, Aybəniz Haşımova mövcud duruma sosial şəbəkədə etiraz edib. O bildirib ki, Bakı Nəqliyyat Agentliyi onun avtomobilini həyətində cərimələyib. “Bunların əlindən zara gəlmişəm. Az qalır ki, evin qarajindan da gəlib maşına cərimə yazsın. Bu nə biyabırçılıqdır. Girib həyətin içində də maşına cərimə yazarlarmı? Bunun adı nədir?!…”