“AYB sədrliyinə yenidən namizədliyimi irəli sürəcəyəm” – Anar

24

"Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədrliyinə yenidən namizədliyimi irəli sürməyi düşünürəm".

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AYB sədri Anar Rzayev deyib.

"Bu il Azərbaycan Yazıçılar Birliyinin qurultayı keçiriləcək. Amma qurultayın tarixi haqqında hələlik dəqiq məlumat yoxdur. Hesab edirəm ki, bu il ərzində qurultay baş tutacaq və qurultayda sədr vəzifəsinə öz namizədliyimi irəli sürəcəyəm", – o qeyd edib.