Ayasofyanın muzey statusu ləğv edildi – RƏSMİ QƏRAR

123

Türkiyəli jurnalist Mehmet Ardıc Türkiyə Cümhuriyyəti hökumətinin 27 noyabr 1934-cü il tarixli Ayasofya məbədinə muzey statusunun verilməsi haqqında qərarının ləğv edildiyini açıqlayıb.

“Yeniakit” qəzetinin jurnalisti bu barədə şəxsi “Twitter” hesabında məlumat verib.

Tarixi qərar Türkiyənin Dövlət Hüquq Şurası tərəfindən təsdiqlənib. Dövlət Hüquq Şurası məsələyə birdəfəlik nöqtə qoyub.

Qeyd edək ki, Türkiyədə Ayasofya məbədinin yenidən məscid kimi istifadə olunması barədə fəal müzakirələr gedirdi.