“Ayaks”ın 11 futbolçusunda oyundan əvvəl koronavirus AŞKARLANDI

66

Niderlandın “Ayaks” klubunun 11 futbolçusu koronavirusa yoluxub.

Amsterdam təmsilçisinin oyunçularının test nəticəsi Çempionlar Liqasının qrup mərhələsinin III turunda Danimarka “Midtüllann”ı ilə oyundan əvvəl müsbət olub.

“Ayaks” bu səbəbdən Danimarkaya 17 futbolçu ilə yollanıb.

Qeyd edək ki, noyabrın 3-də keçiriləcək “Midtüllann” – “Ayask” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. \\Report